Şrift:
MİDA Sumqayıt və Lənkəranda yeni mənzilləri satışa çıxarır
05.11.2024 [10:45] - Gündəm, Sosial
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt və Lənkəranda yerləşən yeni mənzillərin satışına başlayır.

Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 392 mənzilin, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzilin, ümumilikdə 544 mənzilin satışı 06 dekabr 2024-cü il tarixində saat 11:00-da başlayacaq və 14 dekabr 2024-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.


Məlumata görə, "Azərbaycan Respublikasının Manzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası'na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 10 dekabr 2024-cü il tarixində saat 11:00-da başlayacaq və 14 dekabr 2024-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az ) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız "Güzəştli mənzil" sisteminde elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

"Güzəştli mənzil" sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində "Güzəştli mənzil sistemi keçidi vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edilib ki, satışa Sumqayıt Yaşayış Kompleksi üzrə 392, Lənkəran Yaşayış Kompleksi üzrə 152 menzil olmaqla, ümumilikdə 544 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğaclan ila təmin edilmiş vəziyyətdə təklif olunur.
Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed