22.01.2012 [11:50] - Türk böyükləri
SEYİD CƏFƏR PİŞƏVƏRİ
Doğum tarixi: 1892-ci il
Doğum yeri: Zeyvə, Xalxal
Vəfatı: 1947-ci il
Vəfat yeri: Yevlax
Vəfat səbəbi: Avtomobil qəzası
HƏYATI
Pişəvəri 1892-ci ildə Xalxal mahalının Zeyvə kəndində yoxsul kəndli ailəsində anadan olmuş və ilk təhsilini həmin kənddə almışdır. 1905-ci ildə Bakı şəhərinə mühacirət etmişdir. Bülbülə kəndində öz təhsilini davam etdirmiş, eyni zamanda əməklə də məşğul olmuşdur. 1913-cü ildən 1917-ci ilə qədər Xırdalan qəsəbəsində müəllimlik etmişdir. Dərin mütaliəsi sayəsində ictimai elmləri öyrənmiş və siyasi fəaliyyətə başlamışdır. Bakıda nəşr olunan "Açıq söz" qəzetində məqalələrlə çıxış edirdi. İran xalqlarının ağır vəziyyəti onu da düşündürür. 1918-ci ildən "Azərbaycan Cüzilayənfəki-İran" qəzetində əməkdaşlıq edir, İran xalqlarının ağır vəziyyətini aradan qaldırmaq üçün mübarizə yollarını göstərən siyasi məqalələr nəşr etdirir.
FƏALİYYƏTİ
Pişəvəri özünə daha geniş mübarizə meydanı axtarır. Buna görə 1919-cu ildə İran "Ədalət" Firqəsinin Bakıda açılmış "İttihad" mədrəsəsində müəllim işləyir. Bakıda inqilab rəhbərləri olan N.Nərimanov, Bəhram Ağazadə və başqaları ilə əlaqə yaradır.
İran Ədalət Firqəsi Mərkəzi Komitəsinin orqanı olan "Hürriyyət" qəzetinin redaktoru olur. Bu qəzetdə çürümüş şahlıq üsul-idarəsinin satqınlığını, imperialistlərin müstəmləkəçilik siyasətini kəskin tənqid edir və İran xalqlarını milli mübarizəyə çağırır.
1919-20-ci illərdə "Hürriyyət" qəzetinin redaktoru olmaqla bərabər İran "Ədalət" Firqəsi Mərkəzi Komitəsinin xarici bölməsinin katibi seçilir.
İranda inqilabi hərəkatın güclənməsi ilə əlaqədar 1920-ci ilin may ayında Pişəvəri İrana gedir, Gilan əyalətində baş vermiş Cəngəlilər hərəkatının başçısı Kiçik Xanla görüşür. İyun ayında Gilanda yaranmış inqilabi dövlətin xarici işlər naziri təyin olunur. Sonra İranda inqilabi qüvvələri birləşdirmək üçün İran Kommunist Firqəsinin yaranmasında, firqənin 1920-ci ilin iyun ayında Ənzəli şəhərində keçirilən I qurultayında Mərkəzi Komitənin üzvü və ideoloci işlər üzrə katib seçilir.
1921-ci ildə Pişəvəri İran Həmkarlar İttifaqının orqanı olan "Həqiqət" qəzetinin redaktoru olur. O, yorulmadan bütün varlığını irtica və imperializm əleyhinə mübarizəyə həsr edir. 1923-cü ilə qədər İranın bir çox şəhərlərində nəşr olunan qəzetlərə məqalələr yazır. 1922-ci ildə Tehranda polis təzyiqinin artması ilə əlaqədar "Həqiqət" qəzeti bağlanır. 1923-cü ilə qədər o, İsfahan şəhərində gizli fəaliyyət göstərir.
Rza şahın iş başına gəlməsi ilə polis təqibləri güclənir, qəzet və curnalların çap edilməsi çətinləşir. Bü fəaliyyət ağır şəraitdə 9 il davam edir. 1930-cu ildə Pişəvəri həbs olunur və 11 il həbsdə qalır. Qəsri-Qacar adlanan zindanda bütün vəhşi işgəncələrə baxmayaraq Pişəvəri öz mübarizəsini davam etdirir.
II dünya müharibəsinin başlanması Rza şah diktaturasının yıxılması ilə nəticələnir. Pişəvəri 1941-ci il sentyabr ayında həbsdən buraxılıb Tehrana gəlir. 1941-ci ildə İran Xalq partiyasının yaranmasında fəal iştirak edir, 1943-cü il may ayının 23-də nəşr etdiyi "Acer" qəzetinin ilk nömrəsini İran ictimaiyyətinə təqdim edir. Pişəvəri redaktoru olduğu "Acer" qəzeti vasitəsilə Rza şahı, onunla birlikdə xalq kütlələrini vəhşicəsinə soyan və İranın müstəmləkəyə çevrilməsinə kömək edən irticanı ifşa edir.
1944-cü ildə Pişəvəri Azərbaycandan XIV Şura Məclisinə deputat seçilmiş olsa da İran irticası onun deputatlığını rədd edir. Pişəvəri İranda nəşr olunan 44 mütərəqqi qəzeti birləşdirib "Cəbheyi-azadi" (Azadlıq cəbhəsi) yaratmışdır.
Bu qəzetlər vasitəsilə Pişəvəri İran xalqlarının irtica və imperializm əleyhinə mübarizəsinə, ölkənin inqilabi qüvvələrini birləşdirməyə çalışmışdır.
Alman faşizminin məğlub olması ilə əlaqədar bütün dünyada inqilabi hərəkat güclənmiş, istiqlal və azadlıq uğrunda xalqların mübarizəsi artmışdı. Belə bir şəraitdə Azərbaycan xalqının mübarizəsinə rəhbərlik edə biləcək, Azərbaycanda bütün sinif və təbəqələri birləşdirə biləcək bir təşkilat – Azərbaycan Demokrat Firqəsi 1945-ci il Sentyabr ayının 3-də yarandı. Azərbaycan Demokrat Firqəsinin qarşısında duran xətti-hərəkət 12 Şəhrivər müraciətnaməsi adı ilə elan olundu.
S.C.Pişəvəri Azərbaycanda yaranmış inqilabi şəraiti dərk edərək Azərbaycan Demokrat Firqəsini yaratmışdır. Pişəvərinin təşkilatçılıq fəaliyyəti, rəhbərlik istedadı və geniş dünyagörüşü sayəsində Azərbaycan Demokrat Firqəsi qısa müddət ərzində Azərbaycanın bütün zəhmətkeş təbəqələrini və milli qüvvələrini öz bayrağı altında birləşdirib tarixi xalq hərəkatını yarada bilmişdir. 1945-ci ilin oktyabr ayında keçirilən ADF-nin I qurultayı Pişəvərini Mərkəzi Komitənni sədri seçmişdir. ADF-nin orqanı olan "Azərbaycan" qəzeti vasitəsilə Azərbaycan xalqı qarşısında duran vəzifələr və 21 Azər hərəkatının hazırlanması taktikası Pişəvərinin rəhbərliyi altında həyata keçirilir.
1945-ci il Dekabr ayının 12-də 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin Baş naziri təyin edilmişdir. Məhz həmin hökumətin İranın daxilində Azərbaycanın milli muxtariyyət hüququnu bərpa edərək azərbaycanlıların öz ana dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaratdı. Məktəblərdə ana dilində dərslərin keçirilməsini təmin etdi. Savadsızlığın kökünü kəsmək üçün qəti addımlar atdı. Fəhlələr üçün iş qanunu, qadınlar üçün kişilərlə bərabər hüquqlar, bütün ölkədə əhəmiyyəti olan torpaq islahatı həyata keçirildi. Ölkədə misli görünməmiş əmin-amanlıq və abadlıq işlərinə başlandı. Güney Azərbaycanda görülən demokratik tədbirləri hətta düşmənlər belə etiraf edirdilər. Qərbin irticaçı idarələrinə mənsub olan mətbuat dəfələrlə yazmışdır ki, Pişəvərinin rəhbərlik etdiyi Milli hökumət il ərzində sanki Güney Azərbaycanda yarım əsrlik fəaliyyət göstərmişdir. Bu tədbirlər inkaredilməzdir.
Azərbaycanda bu demokratik islahatlar nəinki İran irticasını, həm də İranın zəngin sərvətlərinə sahib olan İngiltərə və Amerika imperializmini qorxuya salmışdı. Onlar birləşərək Azərbaycan milli hökumətini qan dəryasında boğdular.
1946-cı ilin dekabr ayından mühacirət etmiş Azərbaycan inqilabçılarının bir hissəsi Sovet Azərbaycanına gəldi. Azərbaycannın 34 rayon və şəhərində onların yerləşdirilməsinə şəxsən Pişəvəri özü rəhbərlik etmişdir. Elə bu işlə əlaqədar 1947-ci il iyul ayının 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında Pişəvəri müəmmalı şəkildə maşın qəzasına düşmüş və həlak olmuşdur. Pişəvərinin məzarı Bakı şəhərində Fəxri Xiyabandadır.
Pişəvərini yaxşı öyrənmək, onun ictimai, siyasi və fəlsəfi görüşlərinə bələd olmaq, onu ictimai, dövlət xadimi kimi tanımaq üçün 1945-46-cı illərdə Təbriz şəhərində nəşr olunan "Azərbaycan", "Azad millət", "Yeni Şərq" qəzetlərini, 1944-cü ildə Tehranda nəşr olunan "Acer" qəzetini, 1946-cı ildə Təbrizdə nəşr olunan "Qızıl səhifələr", "12 Şəhrivər", 60-cı illərdə mühacirətdə nəşr olunan "21 Azər" və "Seçilmiş əsərləri"ni oxuyub öyrənmək lazımdır.
Pişəvəri Azərbaycan xalqının XX əsrdə yetirdiyi böyük inqilabçı, ictimai, dövlət xadimi, yüksək səviyyəli publisist və jurnalisti olmuşdur.

Bu xəbər oxucular tərəfindən 69122 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |