Şrift:
Nizami RİH "8-ci km bazarı"nın sökülməsi barədə xəbərlərə münasibət bildirib
31.10.2024 [11:26] - Gündəm
Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti "8-ci km bazarı"nın sökülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Nizami Rayon İcra Hakimiyyətində bildirilib ki, "8-ci km bazarı" ətrafında, Naxçıvanski küçəsi boyunca ərazidə olan qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaldırılması ilə bağlı tədbirlər görülür.

Nəzərə çatdırılıb ki, qanunsuz quraşdırılmış, şəhərin ümumi görünüşünə xələl gətirən köşklər götürülür. İşlər yekunlaşdıqdan sonra ərazidə təmizlik, abadlıq və yaşıllıq işlərinin aparılması nəzərdə tutulur: “Qeyd edək ki, bir ay öncə Naxçıvanski küçəsi boyunca qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə ərazidə abadlıq işlərinin aparılacağı barədə xəbərdarlıq edilmişdir”.
Bu xəbər oxucular tərəfindən 293 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed