Şrift:
Paşinyan hökuməti Türkiyə jurnalistlərini Ermənistana dəvət edəcək
30.10.2024 [11:44] - Xəbərlər, Gündəm
Ermənistanın Baş naziri Nikol Paşinyanın Aparatı Türkiyədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələrini “Sülh kəsişməsi” təşəbbüsü ilə tanış olmaq üçün Ermənistana dəvət edəcək.

Bunu aparat rəhbəri Arayik Arutyunyan Parlamentdəki çıxışı zamanı deyib.

Qeyd edək ki, haqqında bəhs olunan layihə 2023-cü ilin oktyabrında Tbilisidə keçirilən “IV Beynəlxalq İpək Yolu Forumu”nda təqdim edilib. İdeyanın məqsədi Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutur.
Bu xəbər oxucular tərəfindən 607 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed