26.10.2024 [17:03] - Xəbərlər, Gündəm, Siyasi partiyalar
AVROPA BİRLİYİ PARLAMENTİNİN AZƏRBAYCAN əleyhinə olan son qətnaməsi ilə bağlı Milli Dirçəliş Hərəkatı (MDH) partiyasından açıklama.
Avropa Birliyi parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi sonuncu qətnamənin əvvəlkilərdən ciddi fərqi olmasa da,yeni dövr bölgə siyasətində böyük imperialist güclərin yeni layihəlırinin olduğu açıq görsənir.Azərbaycan Ermənistan münasibətləri ilə bağlı hissə iki dövlət arasındakı münasibətləri tənzimləmək üslubu kimi vasitəçisiz danışıqları inkar edərək danışıqlar formatına katalizator kimi daxil olma cəhdidir. “Dağlıq Qarabağ” terminologiyasından istifadə edilməsi, Qarabağda ermənilərə yönəlik etnik təmizləmə aparıldığı iddiası ,tarixi, mədəni və dini abidələrin məhv edilməsi ittihamları qeyri obyektiv, qərəzli olmaqla yanaşı seleksiya siyasətinin bariz nümunəsidir.Hətta bu günkü Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ və ətraf ərazilərdəki apardığı əməliyyatları BMT qətnamələri və beynəlxalq hüquqa uyğun olaraq legitim saydığı halda AB-nin yanaşması ” Papadan artıq katoliklik etmək “ və məkrli “siyasi jonqulyorluq” dur. Qarabağdan könüllü köçmüş ermənilərin qayıtması üçün beynəlxalq mexanizmlər yaradılması tələbi isə Azərbaycan və Ermənistan arasında və bütövlükdə Cənubi Qafqazada dövlətlər və xalqlar arasında ədalətli sülhə və normallaşmaya , konfliktin həllinə yox müharibə şəraitinin saxlanmasına, müharibələrin yenidən alovlanmasına xidmət edir. Bu açıqca bölgədə qalmaq üçün problemin saxlanılması cəhdidir.Azərbycan cəmiyyətinin bütün təbəqələrində olduğu kimi Milli Dirçəliş Hərəkatı (MDH) partiyasında da AB -nin bu qətnaməsi hiddət və qəzəb doğurub və biz bu qərəzli qətnaməyə etirazımızı bildirir və hiddətlə pisləyirik.
Azərbaycanda ən müxtəlif problemlərin olmasına baxmayaraq,evimizə kənardan basqıları birlikdə dəf etmək üçün yenə də səfərbər olmalı,ölkə daxilində xarici qüvvələrin dəyirmanına su tökən müxtəlif qüvvələrin siyasi fürsətcilliyinə yol verilməməlidir.
Milli təhlükəsizliyimizə qarşı təhdidlərin zərərsizləşdirilməsi üçün Türk Dövlətləri Təşkilatı (TDT) müstəvisində daha dərin inteqrasiya siyasəti yürütməli , AB və başqa beynəlxalq təsisatların qərəzli davranışlarına tutarqa verməmək üçün daxili siyasətdə siyasi mühiti keyfiyyətcə dəyişdirəcək köklü islahatların aparılması da vacibdir.
Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının mətbuat xidməti.

Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |