Şrift:
NATO Ermənistanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
08.10.2024 [10:40] - Hərb
Oktyabrın 2-dən 5-dək NATO Beynəlxalq Hərbi Qərargahının baş direktoru, general-leytenant Yanuş Adamçak Ermənistanda səfərdə olub.

Bu barədə qurumun rəsmi saytında məlumat paylaşılıb.

Bildirilib ki, İrəvanda olarkən Yanuş Adamçak, hərbi rəhbərlər və yüksək vəzifəli şəxslərlə görüşüb. Onların müzakirələrinə hərbi əməkdaşlıq, müdafiə islahatları və regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi daxil olub.

“Biz Ermənistanın son iki ildə NATO ilə əməkdaşlıq səviyyəsini yüksəltməsini alqışlayırıq. Bura Kosovodakı KFOR missiyamıza əlavə qoşun töhfələri də daxildir”, - deyə Yanuş Adamçak bildirib.

O, Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi general-leytenant Edvard Asryan ilə görüşündə NATO-nun Ermənistanla tərəfdaşlığı inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 1115 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed