Şrift:
Silahlı birləşmələrin müvafiq vasitələrlə təmini üçün ümumi qayda müəyyən ediləcək
04.10.2024 [11:45] - Hərb
Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda müvafiq vasitələrlə təmin edilməsi qaydası və təminat norması müəyyən edilməyəcək, onlar üçün ümumi qayda müəyyən ediləcək.

Bu, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.
Bu xəbər oxucular tərəfindən 1241 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed