18.09.2024 [10:12] - Xəbərlər, Gündəm, İqtisadiyyat
Azərbaycan Respublikasının 2025-ci ildə gəlirlər üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb.
Bu, Maliyyə Nazirliyinin yaydığı məlumatda əksini tapıb.
Qeyd edilib ki, 2025-ci ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Bu tədbirlər çərçivəsində vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi, vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi və ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin artırılması kimi addımlar planlaşdırılır. Qeyd edilən sahələrdə həyata keçiriləcək əsas prioritet istiqamətlər aşağıdakı kimidir:
-İnvestisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, o cümlədən dövlət-özəl tərəfdaşlığı çərçivəsində vergi təşviqlərinin verilməsi və bəzi xidmət sahələri üzrə mikrosahibkarların gəlirlərinə vergi güzəştinin tətbiq edilməsi;
-Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi;
-Vergi və gömrük inzibatçılığı mexanizminin təkmilləşdirilməsi vəbu sahədə qanunvericiliyin təkmilləşdirilməsi;
-Dövlət rüsumlarının idarəedilməsi sisteminin təkmilləşdirilməsi.

Bu xəbər oxucular tərəfindən 1719 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |