29.07.2024 [11:01] - Gündəm, Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bu təkliflər noyabrın 1-ə qədər təqdim olunacaq. Hökumətdə müzakirə edildikdən sonra minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul ediləcəyi gözlənilir. Qeyd edək ki, minimum əməkhaqqında ən son artım 2023-cü ildə olub və 345 manat müəyyən edilib. İndi çoxlarını bir sual düşündürür: Minimum əməkhaqqı nə qədər artırılmalıdır ki, inflyasiya rəqəmləri insanlara daha az təsir etsin?
Dünyada necədir?
Bu sahədə dünyada mövcud olan rəqəmlər də maraqlıdır. Məsələn, Rusiyada minimum əməkhaqqı 2024-cü ildə aylıq təxminən 19 242 rubl - 250 dollar, Türkiyədə 10 350 TL - 380 dollar, Braziliyada 1 302 Braziliya realı - 265 dollar, Meksikada 6 223 peso - təxminən 350 ABŞ dolları, Çində isə 2 590 yuan- 365 dollar təşkil edir.
İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, müşahidə edilən qiymət artımları fonunda minimum əməkhaqqının artırılması vacibdir: "Çox böyük ehtimal ki, artım 2025-ci ilin əvvəlinə təsadüf edəcək. 2024-cü ildə minimum əməkhaqqının artırılması ehtimalları çox aşağıdır, hətta demək olar ki, yox səviyyəsindədir. İndiki şərtlər daxilində ehtimallar ondan ibarətdir ki, hökumət minimum əməkhaqqını təxminən 10-15 faiz aralığında artıra bilər. Çünki 2024-cü ildə bu proses baş vermədi. Amma olmalı idi. 2023-cü ildə rəsmi rəqəmlərlə ifadə olunan inflyasiya əhalinin alıcılıq qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədib. Bu il də inflyasiya davam edir. İki illik müqayisədə o nəticəyə gələ bilərik ki, rəsmi rəqəmlərlə 12-13 faiz artım baş verəcək".
"İstehlak səbətinin strukturu dəyişdirilməlidir"
R.Həsənovun fikrincə, minimum əməkhaqqı və istehlak səbəti uyğunlaşdırılmalıdır: "Hiss edilən inflyasiya minimum əməkhaqqı ilə çalışan şəxslərin alıcılıq qabiliyyətində özünü daha çox büruzə verir. Çünki onlar daha çox gündəlik ərzaq məhsulları istehlak edirlər. Bu məhsulların qiymətləri daha yüksək faizlərlə artır. Düşünürəm ki, Azərbaycanda istehlak səbətinin strukturu dəyişdirilməlidir. Yeni dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Azərbaycanda əmək bazarı iştirakçılarının əhəmiyyətli hissəsi minimum əməkhaqqı alır".
600 manata çatdırılmalıdır
Ekspert minimum əməkhaqqı ilə bağlı vahid qaydaların olmadığını bildirir: "Minimum əməkhaqqı daha çox ehtiyaclar və hökumətlərin sosial siyasətinin səviyyəsindən asılı olaraq müəyyən edilir. Türkiyədə və bir çox ölkələrdə inflyasiya daha sürətli olduğu zaman rüblük və yarımillik əsaslarla minimum əməkhaqqının artırılmasına başlanılıb. Bu, həmçinin vətəndaşların alıcılıq gücünün qorunması məqsədilə də həyata keçirilir. Bəzən sosial siyasət cəhətdən daha yüksək indeksləşdirmə aparırlar. Amma ölkəmizdə bununla bağlı konkret qayda yoxdur. Reqlament olması çox vacibdir. İnkişaf etmiş ölkələrdə minimum əməkhaqqının orta aylıq əməkhaqqının 65 faiz səviyyəsində olması geniş yayılıb. Amma ölkəmizdə bu göstərici təxminən 35 faiz ətrafındadır".
R.Həsənov bildirdi ki, bütün tələbləri nəzərə aldıqda minimum əməkhaqqı 600 manata çatdırılmalıdır: "Bir çalışan orta hesabla 2,2 şəxsə baxır. Ona görə minimum əməkhaqqının 2.2 insanı qarşılaması həcmində olması lazımdır. Bu isə 560-600 manat arasında rəqəm deməkdir. Həmçinin, hökumətin nəzərdə tutduğu hədəf də minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60 faizinə çatdırmaqdır. Bu gün orta aylıq əməkhaqqı 1000 manata yaxınlaşır. Buna əsasən də hesablamalar apardıqda minimum əməkhaqqının 600 manat ətrafında olması vacibdir. Minimum əməkhaqqı artırsa, orta və uzunmüddətli dövrdə əmək bazarında əməkhaqqı səviyyəsinin yüksəlməsi müşahidə olunur".
Dövlət müəssisələri ödəyəcək, bəs özəl sektor?
İqtisadçı Xalid Kərimli də minimum əməkhaqqının artırılması fikrini dəstəkləyir, lakin nəzərə alınmalı məqamlar da var: "Dövlət büdcəsində əməkhaqqı xərcləri doqquz milyard manatdır. Minimum əməkhaqqı elə olmalıdır ki, iqtisadiyyat bunu emal edə bilsin. Dövlət şirkətləri və müəssisələri bu məbləği qarşılaya bilər. Amma özəl sektorun imkanları daha aşağıdır. Minimum əməkhaqqı artırılanda bəzən işçilərin maaşı qalxmır. İşçiyə özəl sektor 600 manat verirsə, minimum əməkhaqqı artanda rəsmi hissə artır. Lakin faktiki aldığı məbləğ dəyişmir. Çünki maaş artdıqca işçi daha çox vergi ödəyir. Minimum əməkhaqqı məbləği təyin edilərkən özəl sektorun da o məbləği ödəmə qabiliyyəti nəzərə alınır".
X.Kərimli bu artımın digər sahələrə təsirindən də danışdı: "Minimum əməkhaqqı iş yerlərinin əməkhaqqı xərclərini artırır. Bu da həmin müəssisələrin məhsullarının qiymətinə təsir göstərir. Hər müəssisəyə fərqli cür təsir edə bilər. Minimum əməkhaqqının artması tarif cədvəlinə də müəyyən qədər təsir edir. Bu rəqəmi kəskin qaldırmaq olmaz. Çünki işsizliyə birbaşa təsir göstərir. Ya işsizlik, ya da gizli məşğulluq yarana bilər. Müəssisələrin əməkhaqqını verməyə gücü çatmadıqda məcbur işçi sayını daha da azaldacaqlar. Əgər artım baş verərsə, bu zaman 370-380 manat olmaq ehtimalı var. Amma indiki halda elə də böyük məbləğ olmadığı üçün təhlükəli deyil. Dövlət minimum əməkhaqqını artıranda əmək bazarında tarazlığı da dəyişir. Özü daha çox əməkhaqqı vermiş olur. Minimum əməkhaqqı qalxdıqda, bu, orta işçi qüvvəsinə təsir edir".

Bu xəbər oxucular tərəfindən 3087 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |