Şrift:
Dərman vasitələrinin təqib və izləmə sistemi yaradılacaq
22.07.2024 [08:47] - Gündəm, Sağlıq
Nazirlər Kabineti "Dərman vasitələrinin təqib və izləmə sisteminin Əsasnaməsi”ni təsdiq edib.

Bununla bağıı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Səhiyyə Nazirliyi Dərman vasitələrinin təqib və izləmə sisteminin iştirakçılarının həmin sistemə çıxışını təmin etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq, sistemin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməli;
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, sistemin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti sistemi mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin və həmin sistemin təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirməli;
Səhiyyə Nazirliyi ilə birlikdə sistemin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görməlidir.
Bu xəbər oxucular tərəfindən 3205 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed