Şrift:
Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri su basıb
27.05.2024 [09:57] - Hadisə
Güclü yağış Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli və Bolnisi rayonlarında ciddi fəsadlara səbəb olub.

Yağıntı səbəbilə Xram və Debet çaylarının daşması nəticəsində kommunikasiya xətləri, yol infrastrukturu zədələnib, evlərin zirzəmiləri, təsərrüfat sahələri su altında qalıb.

Sel nəticəsində bir sıra yaşayış məntəqələrində körpülər dağılıb, qaz və işıq xətləri zədələnib.
Bu xəbər oxucular tərəfindən 4383 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed