25.04.2024 [10:44] - Hüquq
Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin, oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, vahidinin (dəstinin) ilkin balans dəyəri 5000 manata qədər olan əsas vəsaitlərin (fondların) silinməsinə dair komissiyanın aktları təşkilatın rəhbəri tərəfindən təsdiq ediləcək və bundan sonra bu əsas vəsaitlər (fondlar) balansdan silinəcək. Bu halda həmin əsas vəsaitlərin (fondların) silinməsinə dair İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi tələb olunmayacaq. Qeyd edək ki, əvvəl bu vəsait 25 milyon manat nəzərdə tutulmuşdu.
Həmçinin, vahidinin (dəstinin) ilkin balans dəyəri 5000 manatdan yuxarı olan əsas vəsaitlərin (fondların) silinməsi zamanı təşkilatda yaradılmış komissiya tərəfindən tərtib edilən əmlakın (qiymətlilərin) ləğvi aktı Əmlak Məsələləri Dövlət Komitəsindən müvafiq rəy alındıqdan sonra (Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla) həmin təşkilatın baş idarəetmə orqanı tərəfindən (belə orqan olmadıqda, təşkilatın özü tərəfindən) təsdiq edilməklə, bu əsas vəsaitlərin (fondların) silinməsi həyata keçiriləcək.
Qərara əsasən, təqdim edilmiş sənəd və məlumatların ilkin təhlili zamanı balansdan silinməsi nəzərdə tutulan əsas vəsaitlərin istismara və digər sahələrdə istifadəyə yararlılığı müəyyən edildiyi halda, həmin əsas vəsaitlərin (fondların) səmərəli istifadə imkanlarının araşdırılması məqsədilə bu Qayda ilə müəyyən edilmiş müddət ərzində yerində baxış keçirilir və baxış aktı tərtib edilir.
Balansdan silinməsi nəzərdə tutulan əsas vəsaitlərə (fondlara) baxış keçirilməsi üçün zəruri şərait yaradılması balanssaxlayıcı tərəfindən təmin edilir.

Bu xəbər oxucular tərəfindən 5295 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |