09.02.2023 [11:00] - Xəbərlər, Gündəm, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınmış 59 siyasi partiya fəaliyyət göstərir. Bəzi istisnalar olmaqla bu partiyaların ideoloji xətti cəmiyyətə məlum deyil. Məsələn, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev ideoloji xətti sosial-demokratiya olaraq elan edib.
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, istiqlalçı deputat Fərəc Quliyev də Cebhe.info-ya müsahibəsində rəhbəri olduğu partiyanın ideoloji xəttinin sağ mərkəzçi olduğunu deyib:
“Biz sağ mərkəzçi partiyayıq. Millətçi partiyayıq, bunu da gizlətmirik. Uzun illər Nizamnamə və Məramnaməmizdə göstərmişdik ki, Azərbaycan üçün ədalətli status kvo, Bütöv Azərbaycan istəyirik, 1828-ci il müqaviləsinin müddəaları və onun yaratdığı reallığı tanımırıq. 2005-ci ildə təsis qurultayı keçirməyimizə baxmayaraq, 2011-ci ilə qədər dəfələrlə təklif olundu ki, bunları Nizamnamədən çıxaraq, imtina etdik. Amma zaman göstərdi ki, haqlıyıq. Bu gün dövlət səviyyəsində artıq Bütöv Azərbaycan xətti televiziyalardan deyilir. Azərbaycan xalqının iradəsini ifadə edən Prezident “Biz dünyanın hər yerindəki, o cümlədən Güney Azərbaycandakı soydaşlarımıza sahib çıxacağıq” deyirsə, bu, bizim üçün böyük uğurdur”.
F.Quliyev əlavə edib ki, 2003-cü ildən Güney Azərbaycan departamentləri fəaliyyət göstərir:
“Hətta biz Qərbi Azərbaycan departamenti yaratmışıq, 2012-ci ildə İrəvanda Sarkisyana “İrəvan Azərbaycandır” deyən biriyəm. O vaxt sağ mərkəzçi, millətçi olmağımıza bəzən utopist kimi baxırdılar. Biz entik millətçi deyilik. Partiyamızda bütün etnosların nümayəndələri- ləzgi, talış, udin və başqa millətlər var. Bizim millətçiliyimiz dövlət millətçiliyidir. Bəzən deyirlər ki, bu, necə ola bilər? Deyirəm ki, ABŞ-da nə qədər millət var, amma onların vahid futbol kamandası var. Eyni zamanda, bizim mühafizəkar yanaşmalarımız var. Buna da bəzən fərqli baxırlar. Çünki Qərb kosmopolitləri bunu bizim cəmiyyətə fərqli təqdim ediblər. Mühafizəkarlar, millətçilər sözünü 1988-ci ildən sonrakı dövrdə hətta söyüş kimi təqdim edirdilər. Amma əslində bizi xilas edən elə mühafizəkarlığımızdır. Ölkəmiz müxtəlif dövrlərdə Çar imperiyasının, Qırmızı imperiyanın tərkibində olub, amma özümüzü mühafizəkarlığımızla, ailə mədəniyyətimizlə qorumuşuq. Dilimizi, dinimizi, ailə dəyərlərimizi qoruyub saxlamadan başqa şey mümkün deyil”.

Vilayət Muxtar/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 5762 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |