27.01.2023 [16:24] - Xəbərlər, Gündəm, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycanın İrandakı səfirliyində baş vermis terror hadisəsi uzun zamandır ki,İranın Azərbaycan, İraq, Suriya, Yəmən, Əfqanıstan, Pakistan və s.kimi ölkələrin ərazilərində yürütdüyü pozuculuq fəaliyyətinin artıq açıq terror dalğası şəklində təzahürü deməkdir. Ərazisində yerləşən hər hansı bir dövlətin səfirliyinə,o cümlədən səfirliyimizə edilən terror hücumu müharibə səbəbidir.Həm də təkcə Azərbaycan Respublikasına qarşı deyil,Güney Azərbaycandakı 40 milyonluq Azərbaycan türklərinə də müharibə elanıdır. Bir müddət öncə İrandakı hakimiyyətə bağlı şəxslər Azərbaycanın İrandakı konsulluq və səfirliyinə,ərazisindən keçən Azərbaycan avtomobillərinə hücum edəcəklərini, sosial şəbəkələrdə bəyan edirdilər. İran rejimi məmnunluqla bu çağırışlara susmaqla bu terror aksiyasına razılıq,rəvac verdi. Ona görə də , hətta bu qanlı hadisədə İran İslam Respublikasının dövlət orqanlarının əlinin olmadığı halda belə, rəsmi Tehran məsuliyyətdən azad olmur.İran bölgəni qarışdırmaq istəyir.Atom silahı əldə etməyə cəhdlər,son dövrlərdə öz vətəndaşlarına qarşı daha amansız divan tutma İran rejiminin sonunun çatdığını anlaması və ətrafda hamını fəlakətə sürükləmək stratejiyasının olduğunu göstərir.
.İran rejimi bu məqsədi güdmürsə dərhal hadisənin motivlərini obyektiv şəkildə araşdırılmalı və əsl səbəbləri üzə çıxarılmalıdır. Əgər prosesə səthi yanaşılarsa bu terror aktının arxasında rejim qüvvələri dayanması təsdiqini tapmış olacaqdır. İran dövləti təhqiqat işləri ilə bağlı öz üzərinə düşən bütün vəzifələri dəqiqliklə yerinə yetirməli, cinayətkarları cəzalandırmalı və xarici ölkələrin diplomatik təmsilçiliklərinin toxunulmazlığı ilə bağlı Vyana konvensiyasından irəli gələn öhdəliklərinə əməl etmədiyinə görə siyasi məsuliyyət daşımalıdır.
Səfirliyimizin həlak olmuş əməkdaşı baş leytenant Orxan Əsgərovun ailə üzvlərinə və bütün xalqımıza başsağlığımızı bildirir , səbir diləyirik. Allah rəhmət eləsin.
Biz Milli Dirçəliş Hərəkatı olaraq hesab edirik ki,istənilən halda məsuliyyət İran dövlətinin və onun ali rəhbərliyinin üzərindədir və dərhal tədbirlər görülməsini tələb edirik.
Milli Dirçıliş Hərəkatı (MDH) partiyası mətbuat xidməti.

Bu xəbər oxucular tərəfindən 5519 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |