Şrift:
Amerika Nümayəndələr Palatası İrana qarşı sanksiyaları daimi etmək planı hazırlayıb
16.09.2022 [06:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Nümayəndələr Palatasında Kaliforniyadan olan respublikaçı senator Mişel Stilin gedişatına nəzarət etdiyi qanun layihəsi 1996-cı ildə qəbul edilmiş "İran Sanksiya Aktı"nın əsasında Amerika və onun müttəfiqlərini nüvə İranı təhlükəsindən qorumaq üçün İran sanksiyalarını daimi etmək üçün hazırlanıb.

Amerika Nümayəndələr Palatasının iki partiyalı qanunvericilər qrupu bu qanunun daimi olması ilə “İranın enerji sektorunu hədəfə almaqla” terror əməliyyatlarının maliyyələşdirilməsinə və ya ballistik raketlərin hazırlanmasına qarşı lazımi maneə yaratmaq niyyətindədir.

Qanun layihəsində həmçinin “İranın qeyri-qanuni silah proqramları, adi silahların və ballistik raketlərin inkişafı və İnqilab Keşikçiləri də daxil olmaqla terrorizmə dəstək ilə bağlı sanksiyalar” tələb olunur.
Bu xəbər oxucular tərəfindən 14443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed