Şrift:
Qəzvində korrupsiyada ittiham olunan dövlət məmurları saxlanılıb
01.09.2022 [07:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əli İbrahimi 3 dövlət məmurunun korrupsiya əməllərinə görə həbs edildiyini bildirib.

O, saxlanılan dövlət məmurlarının kimliyi və hansı idarəyə mənsub olduqları barədə açıqlama verməyib, onların podratçı şəxslərdən 400 milyon tümən rüşvət aldıqlarını deyib.

İbrahimi korrupsioner məmurların barələrində cinayət işinin açıldığını və onların yaxın günlərdə məhkəmə qarşısına çıxarılacağını söyləyib.

Qeyd edək ki, bir müddət bundan öncə Qərbi Azərbaycan Baş Müfəttişliyinin rəisi Səccad Dədəcaninin verdiyi məlumata görə, son bir il ərzində əyalətdə müxtəlif dövlət idarələrində çalışan 430 nəfər həbs edilib.

Beynəlxalq Şəffaflıq Təşkilatının yeni yaydığı 2021-ci ildə Korrupsiya Qavrama İndeksində İran 180 ölkə arasında 150-ci yeri tutub.
Bu xəbər oxucular tərəfindən 14750 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed