Şrift:
“Gənc Mühasiblər” İctimai Birliyi Gəncə şəhərində seminar təşkil edib
26.04.2022 [10:40] - Gündəm, Gənclik
“Gənc Mühasiblər” İctimai Birliyinin “Kiçik və Orta Sahibkarlıq mühasibləri üçün Peşəkar Mühasib Sertifikatı ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsinin icrası davam edir.

Layihə çərçivəsində nəzərdə tutulan mühasiblərin və mütəxəssislərin iştirakı ilə peşəkar mühasib sertifikatının əldə edilməsi prosesinin təşkili, PMS-in əhəmiyyəti, PMS almağın üstünlükləri, imtahanların keçirilməsi, həmçinin mövzu ilə bağlı iştirakçıları maraqlandıran digər məsələlərin müzakirə edilməsi məqsədilə Gəncə şəhərində seminar təşkil olunub. Seminarda 15 mühasib iştirak edib.

GMB-in sədri Solmaz Əliyeva çıxış edərək hər kəsə uğurlar arzu edib. Sonra PMS üzrə mütəxəssis, Azərbaycan Dövlət Aqrar Universitetində Mühasibat uçotu və Audit kafedrasının baş müəllimi İsa Şəfiyev gənc mühasiblərə təlim keçib.

Sonda iştirakçılara maraqlı olan PMS imtahanı ilə bağlı suallara cavablar verilib.
Bu xəbər oxucular tərəfindən 8652 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed