02.02.2022 [10:07] - Gündəm, Gənclik
1997-ci il ildən etibarən hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Gənclər ölkənin və millətin gələcəyi, onun inkişafının və yüksəlişinin əsas meyarıdır. Ona görə də cəmiyyətin tərəqqisi dövlətin gənclər siyasətini düzgün müəyyənləşdirməsindən və həyata keçirməsindən bilavasitə asılıdır.
Bunu açıqlamasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Azər Əliyev söyləyib.
O qeyd edib ki, son illərdə bu istiqamətdə atılan addımlar gənclər siyasətinin yeni dövrə uyğunlaşdırılması xarakteri daşıyır. Dövlət rəhbərliyinin gənclər siyasətinə xüsusi diqqət ayırması 2017-ci ildə Prezident Administrasiyasının strukturunun yenidən qurulması zamanı bir daha özünü göstərdi, burada Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradıldı.
Bununla yanaşı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu hər il yüzlərlə layihəni maliyyələşdirir. Bu üsulla dövlət, gənclər siyasətinin həyata keçirilməsində QHT-lərin iştirakını təmin etməklə bərabər, gənclərin təşəbbüslərini dəstəkləyir.
“Qəbul olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihə və tədbirlər gəncliyimizin daha böyük uğurlara nail olmasına imkan yaradır. Hazırda Azərbaycan gəncləri dünyada baş tutan bütün vacib tədbirlərin fəal iştirakçılarıdır. Bu, istər idman tədbirləri, istər bilik yarışları, istərsə də müxtəlif ölkələrdəki yaşıdları ilə müxtəlif platformalarda olan görüşlər, seminarlar, konfranslardır. Həmçinin Azərbaycanın beynəlxalq yarışlarda idmanın müxtəlif sahələrində ön mövqelərə çıxması, Bakının dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu, İlham Əliyevin gənclər siyasətinin ən böyük uğurlarından biridir”, - deyə Azər Əliyev bildirib.
NAYORA-nın sədri qeyd edib ki, xalqımızın ulu öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradan səbəblərdən biridir. Bu gün bütün Azərbaycan gəncliyi Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək uğurlu gələcəyə doğru irəliləyir. Gənclər günündə biz də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, uğurla həyata keçirilən gənclər siyasətinin icraçıları olaraq ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək öz dərin ehtiram və minnətdarlığımızı bildirdik.
Azər Əliyev deyib: “Gənclər təşkilatlarının təşəbbüsləri, onların cəmiyyətin və gəncliyin inkişafına yönəlmiş layihələri, həmçinin beynəlxalq əməkdaşlığı həm dövlətimiz, həm də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır. Bu səbəbdən tərəfimizdən həyata keçirilən Gənclər Gününə həsr olunmuş görüşdə üzv və tərəfdaş gənclər təşkilatlarını yerli və regional səviyyədə fəal iştirak və həyata keçirdikləri uğurlu layihələr üçün müxtəlif nominasiyalar üzrə mükafatlandırdıq”.

Bu xəbər oxucular tərəfindən 6143 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |