Şrift:
COVID-19: Fransada gündəlik yoluxma rekord həddə çatıb
05.01.2022 [10:40] - Gündəm, Sağlıq
Fransada yanvarın 4-də COVID-19 virusuna 271 686 yeni yoluxma və 351 ölüm faktı qeydə alınıb.

Bu haqda Fransa səhiyyə naziri Olivye Veran Milli Assambleyada deyib. Bildirib ki, ölkədə pandemiya başlayandan gündəlik yoluxma ilk dəfə rekord rəqəmə - 271 686-ya çatıb və bu əvvəlki günlə müqayisədə 204 225 yoluxma çoxdur. Son sutkada 351 ölüm faktından 293-ü xəstəxanalarda, 58-i isə qocalar evlərində qeydə alınıb.

Son 24 saatda xəstəxanalarda koronavirus xəstələrinin sayı 20 186-ya çatıb və əvvəlki günlə müqayisədə 580 xəstə artıb. Reanimasiya şöbələrində 3665 ağır virus xəstəsi intensiv müalicə alır. Son sutkada xəstəxanalara 2881, reanimasiya şöbələrinə isə 460 yeni ağır virus xəstəsi daxil olub.

Pandemiya başlayandan 124 563 fransız virusun qurbanı olub.

İlin əvvəlindən Fransanın ikiqat epidemiya ilə - reanimasiya şöbələrini və xəstəxanaları dolduran “delta” ştamı və ciddi təhlükə yaratmayan, ancaq daha yoluxucu “omikron” ştamı ilə üzləşdiyi bildirilir. Sanitar vəziyyətlə əlaqədar yaradılmış elmi şuranın üzvü Arno Fontane yanvarın sonunda xəstəxanalarda xəstələrin sayının ən pik nöqtəyə çatacağının gözlənildiyini və bununla əlaqədar böyük maddi-texniki və təşkilati problemlərlə üzləşiləcəyi ilə bağlı xəbərdarlıq edib. Bəzi xəstəxana müdirləri isə hələ xəstəxanalarda “omikron” ştamına yoluxmuş xəstələr olmadığını, narahat olmamaq üçün kifayət qədər ümidverici əlamətlər olduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 734 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed