Şrift:
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Londonda Pakistan icması ilə görüşüb
06.12.2021 [09:53] - Xəbərlər, Diaspor
Böyük Britaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov London şəhərində Pakistan icması ilə görüş keçirib.

Görüşdə Azərbaycan, Pakistan, Böyük Britaniya və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Pakistan-Azərbaycan münasibətlərinin tarixindən və 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycan xalqına olan dəstəyindən danışıb.

Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Məhəmməd Şeyx ermənilər tərəfindən işğal olunan Qarabağ və ətraf rayonların 44 günlük Vətən müharibəsi zamanı qüdrətli Azərbaycan Ordusu tərəfindən azad olunması haqqında iştirakçılara məlumat verib.

Lord Qurban Hüseyn Pakistan icması ilə görüşə görə komitə rəhbərinə təşəkkür edib, bir neçə ay öncə Bakıya səfər etməsindən və qonaqpərvər qarşılanması haqqında təəssüratlarını bölüşüb.

Sonda komitə sədrinə “Dostluq kuboku” verilib, o isə öz növbəsində icma üzvlərinə Azərbaycan xalçası bağışlayıb.
Bu xəbər oxucular tərəfindən 26384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed