Şrift:
“Günəşli” yatağında bədbəxt hadisə baş verib, iki neftçi dünyasını dəyişib
31.10.2011 [14:14] - Hadisə
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən «Günəşli» yatağında baş verən bədbəxt hadisə ilə əlaqədar açıqlama yayıb.

Bədbəxt hadisə oktyabrın 29-da “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən istismar olunan “Günəşli” yatağında yerləşən 3 saylı dərin dəniz özülündəki 125 saylı quyuda əsaslı təmir işləri zamanı baş verib. Nəticədə NQÇİ-nin qazmaçısı Gözəlov Nəhmət Absalam oğlu və qazmaçı köməkçisi Qazıyev Fikrət Əziz oğlu hadisə zamanı aldıqları xəsarətdən dünyasını dəyişib.

Məlumata görə, əsaslı təmir işləri NQÇİ-nin əməkçiləri tərəfindən aparılan gündəlik istehsalat proseslərindəndir və bu proseslər zamanı riayət olunmalı əməyin mühafizəsi qaydaları işçilərə yaxşı məlumdur: “İlkin araşdırmalar göstərir ki, əsaslı təmir işləri zamanı bütün işçilər, o cümlədən N.Gözəlov və F.Qazıyev lazımi fərdi mühafizə vasitələrindən istifadə ediblər. Hadisə ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və ARDNŞ-nin müvafiq qurumlarının nümayəndələrindən ibarət birgə komissiya yaradılıb. Hadisənin səbəbləri araşdırılır”.
Bu xəbər oxucular tərəfindən 1072 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed