27.10.2011 [13:14] - Hadisə
Azərbaycan paytaxtında odlu silah satan şəxs həbs edilib. Daxili İşlər Nazirliyinin (DİN) verdiyi məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, Elçin Məmmədhəsənov Nizami rayonu ərazisində 1 ədəd nömrəsi silinmiş "Makarov" tipli tapançanı, 1 ədəd güllə darağını və 2 ədəd gülləni 1.000 ABŞ dollarına satarkən tutulub. Saxlanılan şəxsin əvvəllər məhkum olunduğu bildirilib.
Bu xəbər oxucular tərəfindən 2824 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |