16.12.2019 [14:10] - Müsahibə
İsveçdə soydaşlarımızın təşəbbüs ilə yeni bir təşkilat yaradılıb. Bu, “İveç – Azərbaycan Mədəniyyət Mərkəzi”dir. Yeni təşkilatın sədri isə, həm Azərbaycanda, həm də İsveçdə rejissor və ssenarist kimi tanınan Rahim Sadıqbəylidir. “Xudaferin.eu” saytı olaraq Rəhim bəydən ilk müsahibəni aldıq.
- Rahim bəy, Avropada yaşayan soydaşlarimiz cəmiyyətlər və mədəniyyət mərkəzləri yaradıblar. İlk öncə onların haqqında bizi məlumatlandırmağınızı istərdik.
- Əslində etnik cəmiyyətlər və mədəniyyət mərkəzləri dünyanın bütün sivil ölkələrində mövcuddur. Türkiyəli dostlarımızın bunu belə ifadə etmələri çox xoşuma gəlir “Sivil Toplum Örgütləri”. Biz azərbaycanlıların keçən əsrin əvvəllərindən ilk mühacirət dövründən başlayaraq belə cəmiyyət və toplumlarımız mövcuddur. Bilirsiniz ki, bizim Cumhuriyyətmizin banisi böyük Məhəmməd Əmin Rəsulzadə yaşadığı bütün ölkələrdə Rusiyada, Polşada, Finlandiyada və ən nəhayət Türkiyədə kültür mərkəzləri yaradıb. Ankaradakı Azərbaycan Kültür Dərnəyi bu günün özünə kimi fəaliyyətini davam etdirir. Əslində mühacirətdə yaşayan millətlər yaşadığı ölkələrin vətəndaşlarına öz tarixi vətənləri haqqında məlumat verməyə borcludurlar. Bu baxımdan etnik cəmiyyət və dərnəklərin rolu çox böyükdür.
- Eşitdik ki, siz İsveçin paytaxtı Stokholmda “Azərbaycan Mədəniyyət Mərkəzi” adlı yeni bir qurum yaratmısınız. Bu gün Avropadakı çoxsaylı Azərbaycan Cəmiyyətləri ilə sizin mərkəzin arasında nə kimi fərq olacaq?
- Əvvəla onu vurğulamaq istəyirəm ki, İsveçin və Avropanın bütün dövlətlərində dövlət quruluşu sivil toplumlar üstündə qurulub. Bu, əslində vətəndaş cəmiyyətinin demokratik düzən üzərində inkişafı deməkdir. Bir yandan sivil toplum təşkilatları öz tərəfdarlarını bir araya gətirməklə vətəndaş cəmiyyətinin inkişafına təkan verirlər. Digər yandan isə, dövlət bu istiqamətdə əsil demokratik düzənlə inkişaf metodologiyasının fəlsəfi dəyərlərinə dəstək verir. Hələ 15 il bundan əvvəl biz İsveçə gələndə buranın əhalisi 7- 8 milyon idi. İndi bu rəqəm bir qədər artıbdır. O zaman belə bir fikir formalaşmışdı ki, İsveçdə hər adam başına bir dərnək düşür. Əlbəttə burada soydaşlarımızın bir sıra dərnəkləri və hətta bir neçə dərnəyi birləşdirən federasiyalar mövcuddur. Sizin də vurğuladığınız kimi yenicə qurduğumuz təşkilatımızın sayəsində fərqli fəaliyyət göstərməyi düşünürük. Biz bir illik fəaliyyət proqramı təqvim tutacağıq, integrasiya ilə bağlı treninglər keçirməyi nəzərdə tutmuşuq. Qürbətə yeni gələn həmvətənlərimizə hüquqi yardım, uşaqlı ailələrə sosial məsləhətlər və sair yardımları etməyi düşünürük. Ayda bir dəfə olmaqlaq polis, inteqrasiya, iş idarəsi, migrasiya, Dövlət sığorta təşkilatının nümayəndələrlərinin də iştirakı ilə seminarlar təşkil etməyi düşünürük. Bundan əlavə, əlbəttə dogma vətənimizin və yaşadığımız ölkənin qırmızı günlərini bayram tədbirləri ilə geniş qeyd etməyi. Mümkün qədər azından ayda bir dəfə olaraq, həftə sonu ailəlikcə bir yerə yığışıb birlikdə istirahət etmək, deyib gülmək və əylənmək istəyirik. Burada əsasən insanların çoxu iş həyatı ilə vaxtlarını keçirirlər. Yorucu iş həftəsindən sonra heç olmasa ayda bir dəfə yığışmaq və təzə insanlarla tanış olmaq bizim də müsbət immunitetimizi artıracaq. Ölkəmizi tanıtmaq əlbəttə əsas vəzifələrimizdən biri olacaq. Çalışacağıq İsveç ictimaiyyətini ölkəmizlə daha çox tanış edək. Kitablar tərcümə etdirək. Saytımızda vətənimiz haqqında daha ətraflı məlumat verək , müştərək konsert proqramları təşkil edək və əlbəttə imkan daxilində filmlər də çəkək. Amma əsasən buradakı həmvətənlərimizi daha şox fəallaşdırmaqdır. Hər il mərkəzimizin üzvü olan hər bir ailənin yeni doğulan körpəsinə doğum günü keçirməyi də hədəflərimizdən biridir. Yəni mərkəzimizin ən kiçik üzvünün doğum gününü mərkəz olaraq biz keçirəcəyik.
- Beynəlxalq təcrübəyə görə hər hansı bir diaspor cəmiyyəti fəaliyyət göstərdiyi ölkə ilə vətən arasında körpü rolunu oynayır. Sözcə bu körpü necə olmalıdır?
- Diaspor təşkilatının siyasiləşdirilməsi fikrimcə tamamilə yalnışdır. Bu gün bizim uzun müddət apardımığız müşahidələrə əsasən onu deyə bilərəm ki, əsil siyasət yaşadığın ölkənin qanunlarına tabe olmaq, eyni zamanda mənsub olduğun xalqı və dövləti ləyaqətlə təmsil etmək çox vacibdir. İndi elə bir qlobal dönəmi yaşayırıq ki, artıq dünyanın özü cib telefonuna belə sığır. İsətnilən anda dünyanın hər nöqtəsindən gərəkən informasiyanı almaq adi bir proses kimi qarşılanır. Xalqlararası multikulturalizm fəlsəfəsinin özümüzə məxsus bir məcrada inkişaf etdirilməsi dəyərləri bizim mərkəzimizin ana hədəflərindən biri olacaqdır. Tolreant münasibətlərin inkişaf etdirilməsi sayəsində Azərnbaycan mədəniyyətinin dünyanın mədəni düzəninin bir parçasına çevirmək sadəcə vətəndə deyil, biz qürbətçilərin də əsas görəvlərindən biridir.
- Qürbətdən Azərbaycan necə görsənir?
- Problemli, varlı neft ölkəsi və sivil dünyaya inteqrasiya olmağa can atan, torpaqlarının 20 %-ini itirmiş, istedadlı, lakin imkansız xalqı olan bir məmləkət kimi görürəm. Bir də əhalisinin doxsan faizi müsəlman olsa da, modern həyat tərzini üstün tutan bir ölkə kimi görürəm. Bunun da əsas səbəbi ötən əsrin əvvəllərində Azərbaycanda baş verən geniş miqyaslı maarifçilik məktəbidir. Həsən Bəy Zərdabi, Əbdürrəhim Bəy Haqverdiyev, Nəcəf Bəy Vəzirov, Üzeyir Bəy Hacıbəyli, Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Firudin Bəy Köçərli, Əlimərdan Bəy Topçubaşlı, Fətəli Xan Xoylu, Hüseyn Ərəbslinki, Cəfər Cabbarlı, Abbas Səhət, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir və digər onlarla aydınlarımızın həyat və yaradıcılığının hər biri ayrıca məktəbdir. Keçmiş Sovetlər Birliyi 70 il ərzində onların qoyub getdiyi milli-mədəni mirası poza bilmədi. Bu gün Azərbaycan Respublikasının 27 yaşı var. Unutmaq olmaz ki, 1991-ci ildə keçmiş Sovetlər Birliyi dağılanda yenicə qurulan dövlətimizin milli büdcəsində bir qəpik də yox idi. Yəni xalqımız dövləti demək olar ki, sıfrdan qurur. Təbii olaraq, problemlər də yetərincə olacaqdır. Bir də yeni dünya düzəni adına Azərbaycanda idarəetmə prosesində yalnışlıqlar və probnlemlər də olacaqdır. Fikrimcə bütün bunlar zamanla öz axarını tapacaqdır. Lap dəqiq desək indiki sorunları yeni nəsil çözmək iqtidarındadır. Bu gün Azərbaycan hakimiyyətində baş verən gəncləşdirmə siyasətinin mənası da budur.
- Rəhbəri olduğunuz Mədəniyyət Mərkəzinin fəaliyyət proqramı hansı istiqamətdə olacaq?
- Əsasən inteqrasiya, tanıtım və əlbəttə insanlarımızı daha çox fəallaşdırmaq. Mən artıq neçə ildir ki, qürbətdə yaşayıram. Çox şeyləri rejissor kimi müşahidə edirəm. Milli diasporumuzun səfərbər olması və mədəni birliyimizi qorumağın tək yolu budur. Milli mentalitemizlə bağlı olan dəyərləri dünya mədəni nizamı ilə uzlaşdırmaqla gərəkən sorunların çözülməsində birgə hərəkət etmək lazımdır.
- Avropada Doğu Türküstan, Türkiyə, Tatar və digər soydaş diaspor cəmiyyətləri mövcutdur. Siz bir təşkilat rəhbəri kimi bu qurumlarla uzlaşmış formada nə kimi fəaliyyətlər göstərəcəksiniz?
- Çox gözəl sualdır. Türkmən, Türk, Uyğur, Tatar və başqa bizimlə qanbir, dilbir toplumların federasiya və dərnəkləri ilə şəxs olaraq tanışlığımız olsa da bu yaxınlıq indi daha geniş formada təşkilatlanmış formada həyata keçirəcəyik əlbəttə. Misal üçün, “Xocalı soyqırımı”nın anım mərasimini keçiririksə, bir var orada 50-60 nəfər fəal soydaşımız iştirak etsin, bir də var ki, bizimlə eyni dərdi paylaşan qan qardaşımız olan digər türk toplumlarının diaspor təşkilatları da bizimlə həmrəylik nümayiş etdirsinlər. Belə olduğu təqdirdə, keçirəcəyimiz tədbirdə orta hesabla 600-700 nəfər fəal şəkildə bizimlə birlikdə iştirak edir. Bu, orta hesabla gücümüzün və sözümüzün on dəfə artması deməkdir. Qarşılıqlı olaraq, bizlər də onların tədbirlərində fəallıq göstərəcəyik. Misal üçün Doğu Türküstanda uyğur, qazax, toleut, tatar, qırğız, dolqan və digər soydaş türk toplumlarının ana dilində təhsil almaq kimi problemləri vardır. Onlar qürbətdəki diaspor təşkilatları olaraq öz milli hüquqlarının pozulmasına qarşı çıxış edəcəklərsə, bizlər də onlara dəstək olmalıyıq.
- Rəhbəri olduğunuz təşkilatın Azərbaycana və milli diasporumuza nə kimi faydası olacaq?
- Açığını deyim ki, Avropada, ABŞ və Rusiyada həmvətənlərimiz yaşasalar da diasporanın vəziyyəti heç də qənaətbəxş deyildir. Bunun əlbəttə obyektiv və subyektiv səbəbləri var. Məncə bu prinsip əsas götürülməlidir. Vətən mənə nə verib deyil, mən vətənə nə vermişəm? İlk öncə bu suala cavab tapmaq lazımdır. Bunu zaman göstərəcək. Amma sizə də məlumdur ki, biz qürbətə köç etdiyimiz andan burada vətənimizi tərənnüm etməyə çalışmışıq…
- Sizin mərkəz Azərbaycanı qürbətdə nə kimi vasitələrlə tanıtmaq istəyir.
- Biz müasir dünyanın standartlarını öyrənməklə, bütün bunların xalqımız tərəfindən dəyərləndirilməsini hamıdan daha çox istəyirik. Qürbətdə bütün həyatını yaşamış və dünya şöhrətli alim Lütfi Zadə kimisini ölkəmizdə təhqir və aşağılayıcı formada, qondarma ayamalarla dəyərləndirilməsi acınacaqlı bir olaya çevrildi. Sonunda hakimiyyət bəzi boşboğazları yerində oturzdurmaqla Lütfi Zadənin dəyərini qiymətləndirərək böyük bir iradə göstərdi. Hər bir qürbətçi soydaışımıza biz beləcə dəyər verəcəyik. Bu gün dünyanın elə bir dövləti yoxdur ki, orada bizim alimlərimiz, sənət adamlarımız və digər şanlı şəxsiyyətlərimiz yaşamasınlar və ya fəaliyyət göstərməsinlər. Bizim mərkəz bax bu istedadlı insanları öz öz ətrafımızda birləşdirməyə çalışacaqdır. Biz qürbətdə xalq diplomatiyası vasitəsilə Azərbaycan həqiqətlərini əyani şəkildə tanıtmaq üçün fəaliyyət göstərəcəyik. Ölkəmizə turizmin axınlarının artması üşün bir sıra tədbirlər həyata keçirəcəyik. Vətənmiz haqqında sənədli filmlər çəkərək Azərbaycan təbiətinin nə qədər füsunkar olduğunu dünyaya duydurmacağıq. Qürbət ölkələrdə anadan olmuş övladlarımızda Vətən sevgisini aşılamaq üçün çoxsaylı tədbirlərimizlə onlara dəstək olacağıq. Və digər planlarımız da vardır.
-Bizə deyə bilmədəyiniz başqa bir sözünüz varmı?
- Təşəkkür edirəm. Çoxminli oxucularınıza öz sayğılarımız və minnətdarlığımı bildirirəm. Sağ olun ki, hər zaman bizə dəstək olunursunuz.
Söhbətləşdi: Lalə Cəbrayıl

Bu xəbər oxucular tərəfindən 7237 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |