18.09.2019 [10:30] - Gündəm, Türk dünyası-Turan, Türkün şanlı tarixi
İğdırda Azərbaycan-Türkiyə qardaşlığına dair çağırışlar hərarətli alqışlarla qarşılanıb
Türkiyənin İğdır şəhər Mədəniyyət Sarayında 1918-ci ildə Bakının erməni-bolşevik işğalından azad olunmasının 101-ci ildönümü münasibətilə təşkil olunan konfrans işini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, rəsmi şəxslər, yerli ictimaiyyətin tanınmış nümayəndələri, QHT və KİV təmsilçilərinin qatıldığı konfrans İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü, İğdır Valiliyi, eləcə də Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə təşkil olunub.
Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına Qurani-Kərimdən ayələr oxunub.
Açılış mərasimində Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev, İğdır vilayətinin valisi Ənvər Ünlü və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar çıxış ediblər. Azərbaycan-Türkiyə qardaşlığının tarixi köklərindən və müasir inkişaf istiqamətlərin bəhs edən çıxışçılar Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk və ümummilli lider Heydər Əliyevin xalqlarımızın can birliyini tərənnüm edən ibrətamiz fikirlərini xatırladıblar. Qafqaz İslam Ordusunun şərəfli missiyasından danışılıb. Bildirilib ki, Azərbaycan xalqı hər zaman torpaqlarımız üçün canını fəda edən türk övladlarının ruhunu ehtiramla yad edir.
Sonra Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, AMEA-nın Tarix İnstitutunun əməkdaşı, dosent İlqar Niftəliyev və BDU-nun Tarix fakültəsinin dosenti Arzu Məmmədovanın məruzələri dinlənilib. Azərbaycanın dövlətçilik tarixi, 1918-ci ildə Cümhuriyyətimizin qurulması, o cümlədən Qafqaz İslam Ordusunun böyük rəşadətlə xalqımızın köməyinə gəlməsindən bəhs edən məruzəçilər əminliklə ifadə ediblər ki, bir millət iki dövlət olan Azərbaycan və Türkiyə əbədiyyətə qədər bir-birinin sevincini sevinc, kədərini kədər kimi qarşılayacaq. Məruzələrdə XX əsrin əvvəllərində olduğu kimi keçmiş SSRİ-nin süqutu illərində də ermənilərin Azərbaycana qarşı mənfur planlarından bəhs olunub.
Bütün çıxışlarda ermənilərin xalqlarımıza, dövlətlərimizə və ölkələrimizə səngimək bilməyən xəyanəti mövzusuna da geniş yer verilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası Türkiyə ictimaiyyətinin ən böyük arzusudur. Türkiyə bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqq işini müdafiə edəcək. Qətiyyətlə bildirilib ki, Ermənistan işğalçılıq siyasətinə son qoymalı və zəbt etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır.
Konfransdakı qardaşlıq və birlik çağırışları hərarətli alqışlarla qarşılanıb.
Qeyd edək ki, sentyabrın 16-da bu tədbirin tərkib hissəsi kimi Türkiyənin İğdır bölgəsindəki Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçirilib.
Yürüşçülər Azərbaycan və Türkiyənin dövlət bayraqlarını, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun portretini Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu tərəfindən simvolik olaraq Milli Qəhrəmanın adı verilən zirvəyə qaldırıblar. Tuzluca rayonundan Təkaltı dağına gedən yol Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyır.
Sabir Şahtaxtı/AZƏRTAC

Bu xəbər oxucular tərəfindən 32415 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |