24.10.2011 [14:14] - Hadisə
Azərbaycanın Ucar ayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, rayon sakini, 1986-cı il təvəllüdlü İsayev Rəfael Eyvaz oğlunun idarə etdiyi 90 GX 915 dövlət nömrə nişanlı, “VAZ -21015” markalı avtomobil Şilyan kəndi ərazisində Baş Şirvan kollektoruna düşüb. Nəticədə Rəfael İsayev hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, mərhum Ucar Rayon Polis Şöbəsinin rəis müavini Eyvaz İsayevin oğludur.
Daxili İşlər Nazirliyi (DİN) də hadisə ilə bağlı məlumat açıqlayıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 22-də saat 20.45 radələrində Ucar rayonunun Yuxarı Şilyan kəndi ərazisində Babək Lətifov "VAZ-21154" markalı avtomaşını idarə edərkən onu həmin kəndin ərazisindən keçən Şorsu kanalına aşırıb. Nəticədə sərnişin Rəfael İsayev hadisə yerində ölüb, xəsarət almış sürücü isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
APA-nın əldə etdiyi məlumata görə, R. İsayev və 25 yaşlı B. Lətifov polis əməkdaşı olub. Onların toydan qayıdarkən yol qəzasına düşdükləri bildirilib.

Bu xəbər oxucular tərəfindən 1346 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |