30.05.2019 [10:10] - Xəbərlər, Türkün şanlı tarixi
Şərqi Roma İmperiyasının paytaxtı Konstantinopolun 1453-cü ilin mayın 29-da Osmanlı sultanı II Mehmet tərəfindən fəth edilməsindən 566 il ötür.
Bizans İmperiyasının paytaxtı olan şəhər 1453-cü il aprelin 6-dan mayın 29-na kimi davam edən mühasirənin nəticəsində fəth edilib.
Bu fəth Osmanlı imperiyasının yaranmasına, Bizans imperiyası isə tarix səhnəsindən silinməsinə səbəb olub.
İstanbul fəth edildikdən sonra bölgədəki dinc əhali tamamilə sərbəst buraxılır ki, bu da sultanın əhali arasında nüfuzunu artırır.
Şəhərin İstanbul olaraq adlandırılması ilə bağlı fərqli versiyalar mövcuddur. Bəzi mənbələrə görə, 1453-cü ildən əvvəl də bizanslılar şəhərə İstimboli, türklər isə Stanbol deyirdi. İstanbul boğazı isə bizanslılar arasında Hellaspont, türklər arasında isə Boğaz olaraq adlandırılırdı. Osmanlı hökmdarları şəhər üçün ad seçimi etməyiblər, sadəcə, "İslam şəhəri" mənasını bildirən "İslambol" adını qəbul ediblər. Türkiyə Respublikası qurulduqdan sonra isə şəhərin adı rəsmi olaraq İstanbul seçilib.
2018-ci ilin son hesablamalarına görə, hazırda İstanbulda fərqli din, dil və irqə mənsub 15 milyondan çox insan yaşayır.
Günel Məlikova

Bu xəbər oxucular tərəfindən 32818 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |