22.04.2019 [10:53] - Müsahibə
Fərid Şəfiyev: “Mərkəzdə “Erməni araşdırma şöbəsi” yaradacağıq”
"Rusiya, İran, Türkiyə, Avropa Birliyi, ABŞ hər zaman Mərkəzin maraq dairəsində olacaq"
“Hesab edirəm ki, yerlibazlıqla mübarizə aparmalıyıq”
Azərbaycan Prezidentinin 2019-cu il 19 aprel tarixli Fərmanı ilə yeni yaradılan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiqləndi. Publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək Mərkəzin işi nədən ibarət olacaq?
Modern.az saytının bu və digər suallarını Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev cavablandırıb. Onunla söhbəti təqdim edirik:
- Fərid müəllim, bir neçə ay öncə cənab Prezidentin sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradıldı. Və siz Mərkəzin İdarə Heyətinin sədri təyin olundunuz. Yeni yaradılan mərkəz fəaliyyət istiqamətini necə müəyyənləşdirib?
- Cənab prezident tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nizamnaməsi təsdiq olunub. Yaxın bir zaman qeydiyyatdan keçəcəyik. Digər bir önəmli məsələ ştat cədvəli və büdcə ilə bağlıdır. Ona görə də işçi heyəti barədə müzakirələr aparılır.
- Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi hökumət və ictimaiyyətin qarşısına hansı yeniliklərlə çıxacaq? Bildiyiniz kimi, bir vaxtlar Strateji Araşdırmalar Mərkəzi də mövcud idi. Lakin onun fəaliyyətində heç bir aktivlik nəzərə çarpmadı.
- Əvvəla, Strateji Araşdırmalar Mərkəzinin işini geniş şəkildə şərh etmək istəmirəm. Hesab edirəm ki, bu, tam doğru deyil. Orada müəyyən işlər aparıldığını deyə bilərəm. Güman ki, biz də bəzi işləri davam etdirəcəyik. Lakin qarşımızda digər məsələlər durub.
Mərkəzin birinci istiqaməti dövlət qurumları, rəhbərlik üçün müxtəlif analitik anlayışlar, məruzələr hazırlanmasından ibarətdir. Hesab edirəm ki, müasir dövrdə rəhbər vəzifədə çalışan şəxsə qısa 2-3 vərəqdən çox olmayan arayış təqdim olunmalıdır. Orada əsas məqamlara toxunulmalıdır. Çalışmalıyıq ki, dünyada baş verən hadisələrin Azərbaycan üçün hansı təhlükələrə yol açacağını, yaxud da hansısa nəticələrə gətirib çıxara biləcəyini təhlil edək.
Öncə beynəlxalq münasibətlərdə nələrə diqqət edəcəyimizə nəzər salaq. İlk növbədə Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində Ermənistanda, Gürcüstanda, Rusiyada, İranda nələr baş verdiyinə baxmalıyıq. Bu bir istiqamətdir.
İkinci istiqamətimiz Azərbaycan mətbuatı, tələbələr və mütəxəssislər üçün brifinqlər, dəyirmi masalar təşkil etməkdir. Azərbaycan ictimaiyyəti üçün də məruzələri mətbuat vasitəsilə çatdırmağı düşünürük.
Fəaliyyətimizin üçüncü hissəsi xaricdə olan “beyin və tədqiqat mərkəzləri”nin Azərbaycana cəlb edilməsidir. Söhbət beynəlxalq münasibətlərlə məşğul olan alim və mütəxəssislərdən gedir. Bildiyiniz kimi, müxtəlif universitetlərin kafedralarında tədqiqat mərkəzləri mövcuddur. Onlarla ünsiyyət qurmaq, iş mexanizmini inkişaf etdirmək, ümumi maraq kəsb edən məsələləri müzakirə etmək çox vacibdir. Xarici ekspertlərə təqaüd verərək, onlara imkan yaradacağıq ki, Azərbaycana gəlib işləsinlər, ölkəmizi dərindən öyrənsinlər. Azərbaycanla bağlı tədqiqatların da xaricdə həcmini artırmağı hədəf olaraq seçmişik.
- Bu gün Azərbaycanda siyasi ekspert çatışmazlığı yaşanır. 4 ya da 5 nəfər tanınmış politoloq var ki, mətbuat səhifələrində ancaq onların məsələlərə şərhi diqqət çəkir. Maraqlıdır, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi siyasi şərhçilər yetişdirəcəkmi?
- Hesab edirəm ki, toxunduğunuz politoloq məsələsi çox önəmlidir. Politologiya elminin bir peşə kimi inkişafına ehtiyac var. Azərbaycanda bir sıra “beyin mərkəzləri” mövcuddur. Onlar ya müstəqil, ya da hansısa qurum nəzdində fəaliyyət göstərirlər. Fikrimiz var ki, əlaqələndirmə Şurası yaradaq.
- O zaman müstəqil politoloqları da bu işlərə cəlb etməyi düşünürsünüzmü?
- Təbii ki... Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yeni üsullarla fəaliyyət göstərməsinə çalışırıq. Məsələn, belə bir müqayisə aparaq: hər bir otelin sahibi var. Hər oteldə adətən eyni tipli otaqlar olur. İşçilər sahib tərəfindən işə götürülür. Qapalı bir sistemdir. Lakin son zaman yeni sistem əmələ gəlib – məsələn, Airbnb. Mülkün sahibi bir şəxsdir, işlədən isə digərləri. Otelin müxtəlif tipli otaqları var. Sadə dildə çalışıram izah edəm ki, artıq ənənəvi menecerlik modeli müasir üslublarla əvəz olunmalıdır. Bu yaxınlarda İsveçrədə oldum. Oradakı “beyin mərkəzləri” ilə görüşdüm. Belə qənaətə gəldim ki, əvvəlki iş formatı aradan qaldırılıb. Ona görə də biz açıq platformanın olmasını istəyirik. Düşünürəm ki, köhnə Sovet tipli institutlardan qurtulmaq lazımdır. Bir kabinetdə yığışıb, nəsə yazıb vermək dövrü deyil. İndiki dövr çeviklik tələb edir. Çox istərdik ki, çevik hərəkət edək. Müxtəlif qurumlarla əməkdaşlıq edək. Həm xaricdə, həm də Azərbaycanda olan “beyin mərkəzləri”nin, politoloqların gəlib mühazirə oxumasına şərait yaradacağıq. Planlarımız arasında həm mətbuat, həm də politoloqlar üçün treninqlər keçirilməsi də var.
- Bir məsələyə də münasibət öyrənmək istərdik. 30 ilə yaxındır ki, işğalçı Ermənistanla müharibə aparırıq, ancaq Azərbaycanda erməni dilli mütəxəssisləri yoxdur. Mərkəz olaraq erməni dilli mütəxəssislərin yetişdirilməsinə də çalışacaqsınızmı?
- Razıyam. Neçə illərdir ki, Ermənistanla müharibə aparırıq. Deməli, rəqib ölkənin dilini də bilməliyik. Düşünürəm ki, təkcə dillərini deyil, tarixlərini, ədəbiyyatlarını da bilməliyik. Məsələlərə hərtərəfli yanaşmaq lazımdır. Gələcək planımızda var ki, mərkəzin nəzdində “Erməni araşdırma şöbəsi” yaradaq. Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edərkən şahidi olmuşam ki, ümumi sözlərlə danışmağa başlayırıq. BMT çərçivəsində hansısa sənədlər, onların analizi, təhlili və sairə aparmırıq. Bəzən mətbuatı oxuyanda sənədlərin təhrif olunduğunu, yanlış məlumatlar verildiyini görürəm. Düşünürəm ki, “Erməni araşdırma şöbəsi”ndə bu məsələlərin həll yollarını tapmağa çalışacağıq. Bir məqamı da qeyd edim. Bəzi ölkələr var ki, hər zaman maraq dairəmizdə olacaq - Rusiya, İran, Türkiyə, Avropa Birliyinə daxil olan ölkələr, ABŞ.
- Qonşu ölkələr olan Rusiya, Türkiyədə siyasi şərhçilər var ki, məsələləri çox dəqiq və əhatəli təhlil edirlər. Günlərlə onların şərhi ictimaiyyət tərəfindən müzakirə olunur. Ləğv edilən Strateji Araşdırmalar Mərkəzinin fəaliyyəti dövründə mətbuat olaraq adıçəkilən mərkəzin bir politoloqunun şərhinə rast gəlmədik. Bu “ənənə”dən qurtulacağıqmı?
- Bundan sonra mətbuatla əlaqələrimiz genişləndirəcəyik. Bizim mərkəzimizdə çox yaxşı mütəxəssislərimiz var. Amerika, Avropa Birliyi, Yaxın Şərq, Cənubi Qafqaz üzrə işi bilənlər var. Həmçinin, Çinlə də əməkdaşlıq etmək fikrindəyik. Əlaqələrin yaranmasına köməklik edəcəyik. Tam olaraq qeydiyyata alınandan, büdcə məsələləri həll olunduqdan sonra Azərbaycan ictimaiyyətinin politologiya sahəsi üzrə ehtiyaclarını təmin etməyə çalışacağıq.
- Fərid müəllim, Mərkəz yaranmazdan öncə Azərbaycanın Çexiyadakı səfiri idiniz. Səfirlikdən geri çağrılandan sonra Çexiyadakı səfirliyimizə baş çəkə bilirsinizmi?
- Rəsmi olaraq, Azərbaycan Prezidentinin Fərmanına əsasən, geri çağırıldım. Ona görə də təcili geri qayıtmağa məcbur oldum. Adətən ölkəni tərk edəndə səfir bəzi vidalaşma görüşləri keçirir. Ancaq Çexiyada mənim iştirakım ilə bu vida görüşləri hələ ki baş tutmayıb. Mayda bir neçə tədbirlərimiz olacaq. Planımız var ki, vidalaşma (farevell) ziyafəti keçirək.
- Neçə il Çexiyada səfir işlədiniz?
- 2014-cü ilin iyulunda Çexiyaya səfir təyin olunmuşam. Çexiyada səfir kimi 5 ilim 2019-un iyulunda başa çatır. Düzdür, bəzən olur ki, səfirlər 5 ildən artıq da çalışırlar. Bu, cənab Prezidentin qərarıdır.
Hər ölkənin öz qanunvericilik müddəti var. Məsələn, Amerikada 3 il, bəzi Avropa ölkələrində 5 il səfir müddəti olur. Qanuna əsasən, Azərbaycanda səfirin müddəti 5 ildir. Yenə deyirəm - bu ümumi çərçivədir. Səfir 5 il müddətindən çox da, az da işləyə bilər.
- 5 il az müddət deyil. Çexiyada səfir olduğunuz müddətdə bir çox prosesləri izləmək imkanınız olub. Çexiyada nə qədər azərbaycanlı yaşayır?
- Rəsmi olaraq 1000-ə yaxın azərbaycanlı yaşayır. 2014-cü ildə Çexiyaya səfir göndəriləndə azərbaycanlıların sayı təxminən 600-700 nəfər idi. Onların içində 200 tələbə vardı. Hazırda həmin ölkədə qeyri-rəsmi olaraq 2000 azərbaycanlı var. Çünki müvəqqəti yaşamaq və yaxud işləmək üçün gedənlər də var.
- Dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar diaspor quruculuğu işlərində də aktivlik nümayiş etdirirlər. Bəs Çexiyada Azərbaycan diasporu necə qurulub?
- Çexiyada Azərbaycan diasporunun bəzi təskilatları mövcuddur. Ancaq mütəşəkkil şəkildə Çexiyada diaspor təşkilatlarımız yoxdur. Bir sıra fəal azərbaycanlılar var ki, onlar da müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Belə bir planım vardı ki, səfir kimi vəzifəmi başa vurmağıma yaxın bu işləri həll edək. Çexiyada diaspor təşkilatı yaradaq. Bunu tövsiyə etmişəm. Ümid edirəm ki, bu yaxınlarda yaradacaqlar. Çexiyada bəzi azərbaycanlılar həmişə səfirliyə müəyyən mənada köməklik də göstəriblər. Həmin azərbaycanlılara bir neçə tövsiyəm olub. Ümid edirəm ki, hər zaman o tövsiyəyə riayət edəcəklər. Hesab edirəm ki, diaspor sahəsində Koordinasiya Şurası yaradılmalıdır. 10 nəfərdən ibarət idarəetmə şurası olmalıdır.
- Artıq bir çox ölkələrdə Koordinasiya şuraları yaradılıb. Demək olar ki, fəaliyyətlərini daha yaxşı qura biliblər.
- Bu, çox yaxşı haldır. Düşünürəm ki, nüfuzlu elm və iş adamları Koordinasiya Şurasına daxil olmalı və icraçı direktor seçilməlidir. Sədr o şərtlə seçilməlidir ki, o, hər il dəyişsin. Çexiya və Kanada təcrübəmdən çıxış edərək deyə bilərəm ki, bir adamı daimi seçəndə ondan sonra problemlər yaranır. İkinci şərt ondan ibarət olmalıdır ki, diaspor təşkilatı yaradan şəxslər Azərbaycandan heç bir maliyyə vəsaiti istəməməlidirlər. Çünki maliyyə problemləri üstündə həmişə narazılıq yaranıb. Çexiyada bir çox azərbaycanlı iş adamları fəaliyyət göstərir. Tanıdığım 5-6 nəfər var ki, onların heç nəyə ehtiyacı yoxdur. O iş adamları ilə görüşəndə mənə söz veriblər ki, diaspor təşkilatlarını özləri maliyyələşdirəcəklər.
- Çexiyada ermənilər də məskunlaşıblar. Onların sayı nə qədərdir?
- Ermənilərin Çexiyada sayı bizimkilərdən bir qədər çoxdur. Orada 3000-ə yaxın erməni yaşayır. Bir məsələni də qeyd edim. Ermənilər heç də Çexiyada güclü deyil. Belə hal yoxdur. Ümumiyyətlə, Çexiya hökuməti tarazlaşdırma siyasəti aparır. Bəzi məsələlərdə, xüsusilə Ermənistanla bağlı məsələlərdə də onlarla sıx əməkdaşlıq edirik. Sadəcə ermənilər hər zaman təbliğatla məşğul olmağa üstünlük verirlər. Özlərini şişirtməyə çalışırlar. Halbuki, belə deyil. Çexiya ilə Azərbaycan arasında münasibətlər çox yaxşıdır. İstər siyasi, istər iqtisadi, istərsə də hərbi sahələrdə əməkdaşlığımız yaxşı qurulub. Ümid edirəm ki, bundan sonra da belə davam edəcək.
- Karlovi-Varı Çexiyanın məşhur şəhərlərindən biridir. Deyərdim ki, azərbaycanlıların da tez-tez üz tutduğu şəhərdir. Bir çox imkanlı azərbaycanlıların Karlovi-Varıda mülklərə sahib olduğu söylənilir. Bu haqda nə deyə bilərsiniz?
- Azərbaycanda açıq iqtisadiyyat hökm sürür. Xaricdə mülk alınmasına məhdudiyyət yoxdur. Məndə olan məlumata görə, təkcə Çexiyada yox, bir sıra Avropa ölkələrində də mülklər alınır. Karlovı-Varı tanınmış turist şəhəridir. Ona görə də orada azərbaycanlılar da var, o cümlədən bir çox iş adamları. Karlovı-Varının əsas xüsusiyyətlərindən biri də odur ki, orada rus dilini bilən çoxdur. Bütün sanatoriyalarda rus dilində danışırlar. Ona görə də tək Azərbaycandan yox, Rusiyadan, Qazaxıstandan və digər MDB ölkələrindən turistlər gəlirlər. Mülklər də alırlar. Bildiyimə görə son illər Karlovı-Varıda ruslar mülklərini satırlar. Artıq Çindən turistlər Karlovı-Varıya axın edirlər.
- Azərbaycanlılar Çexiyada daha yaxşı işlərdə təmsil oluna bilirlərmi?
- Çexiyada iqtisadiyyat inkişaf edir. Avropa Birliyində işsizliyin faiz göstəricilərinə görə ən aşağı sıradadır. Səhv etmirəmsə, 2 %-dən aşağıdır. Eyni zamanda, 300 minə yaxın vakansiya mövcuddur. Deməli, işləyən qüvvəyə və beyinlərə ehtiyac var. Ukrayna ilə bağlanan layihəyə əsasən, Ukraynadan işçi gətirmək niyyətindədirlər. Hesab edirəm ki, işləmək istəyən və ingilis və çex dillərini bilən azərbaycanlılar Çexiyada asanlıqla işlə təmin oluna bilir. Hətta səfirlik olaraq bizim vasitəmizlə Azərbaycana iş təklifləri olmuşdu. Əsasən turist sahəsində gənclərə ehtiyac var. Orada çalışan azərbaycanlıların təminatları da pis deyil. Bir neçə universitetdə çalışan professorlarımız, müəllimlərimiz var. İndi bir çox Avropa ölkələri Çexiyaya öz istehsallarını yerləşdirirlər və bu da geniş imkanlar yaradır.
- Adətən Rusiyada, Gürcüstanda məskunlaşan azərbaycanlılar arasında kütləvi dava xəbərlərinə də rast gəlirik. Çexiyada vəziyyət necədir? Azərbaycanlılar arasında Çexiya qanunlarını pozub həbsxanaya düşnlər olurmu?
- Çexiyada qanun pozan azərbaycanlıların sayı çox azdır. 5 il ərzində ancaq 6-7 nəfərin qayda pozuntusu faktlarına rast gəlmişəm. Təbii ki, bu çox azdır. Ümumiyyətlə, statistikaya nəzər salıb bu məsələləri müzakirə etmişik və azərbaycanlılarla bağlı vəziyyət yaxşıdır. Eyni zamanda, viza ilə gedib orada qalıb qayıtmamaq halları da çox azdır. Ermənistanla Gürcüstandan viza ilə gedib qayıtmaq istəməyənlərin sayı daha çoxdur.
- Fərid müəllim, siz Şuşadan olan məşhur Şəfiyevlər nəslindənsiz. Ancaq bu barədə o qədər də informasiya yoxdur.
- Bilirsiz, yerli məsələsini çox da qabardılmasının tərəfdarı deyiləm. Biz hamımız azərbaycanlıyıq. Hesab edirəm ki, yerlibazlıqla mübarizə aparmalıyıq. Digər tərəfdən isə biz hansısa nəslin davamçılarıyıq, əcdadlarımız var və tariximizə və ənənələrə hörmətlə yanaşmalıyıq. Soruşdunuz – cavab verirəm: Ata tərəfim Şuşadandır. Ulu babam Şuşadan 1918-ci ildə Bakıya köçüb. Mənim babam məşhur bəstəkar Niyazi ilə bir məktəbdə oxuyub və orada dost olublar. Atam da, babam da mühəndis olub. Sovet vaxtı demək olar ki, Şuşada qohumlarımız qalmamışdı. Təəssüf ki, Şuşanı görməmişəm. Ancaq Şuşanı görəcəyimə çox ümidliyəm.
Bu yaxınlarda mənə belə bir sual verdilər. Söhbət Azərbaycan-Ermənistan danışıqlarından gedirdi: “Siz niyə qeyri-emosional danışırsız?”. Hesab edirəm ki, diplomat emosional olmamalıdır. Diplomatiyada emosional davranmağa yer yoxdur. Ancaq bir reallıq da odur ki, Qarabağla bağlı emosional danışanlardan daha çox emosinal bağlılığım var. Əcdadlarım qarabağlıdır. Düşünürəm ki, soyuq beyinlə və isti qanla Dağlıq Qarabağı geri alacağıq.

Bu xəbər oxucular tərəfindən 6266 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |