Şrift:
Peşəyə yiyələnək gələcəyimizi quraq!
31.10.2018 [10:30] - Gündəm, Gənclik
“Üfüq” gənclərin inkişafı naminə ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında peşə təhsilinin təbliği istiqamətidə təlimlərin təşkil edilməsi” adlı layihəsi çərçivəsində ilk təlim təşkil olunub.

Layihənin əsas məqsədi yeniyetmə və gənclərin müxtəlif peşələr haqqında nəzəri və praktiki biliklərinin artırılmasıdır.

Layihə çərçivəsində Samux rayon Heydər Əliyev Mərkəzində ilk tədbir keçirilib. Tədbirdə rəsmi qonaq qismində Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Aynur Muradova, layihənin koordinatoru Gülnar Məmmədova, təlimçi Elgün Mahmudov iştirk ediblər.

Layihə çərçivəsində yeniyetmə və gənclər arasında peşə təhsilinə marağın artırılması istiqamətində hər qrupda 30 nəfər olmaqlanəzəri təlim keçirilib. Təlimdə günün tələbi olan peşələr (xalçaçı, dərzi, dülgər, bərbər, aşpaz və s.) haqqında geniş məlumatlar verilib, inkişaf edən dövlətimizdə peşə təhsilinin və peşəyə yiyələnməyin əhəmiyyətindən danışılıb. Təlimlərdə əsasən 8-9 cu sinif şagirdləri iştirak ediblər.

Tədbirdə gənclərə maarifləndirici buklet paylanıb.

Layihə çərçivəsində silsilə tədbirlər davam etdirilir.




Bu xəbər oxucular tərəfindən 857 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed