21.10.2011 [11:55] - Hadisə
Qusar rayonunda inşa olunan Şahdağ Turizm Kompleksində bədbəxt hadisə baş verib. Qusar rayon Prokurorluğundan APA-nın şimal bürosuna verilən məlumata görə, ərazidə tikinti işlərini həyata keçirən “Kənan İnşaat” şirkətinin əməkdaşı Bakı şəhər sakini Cəfərov Etibar Aydın oğlu torpağın altında qalaraq ölüb. İş yoldaşlarının köməkliyi ilə torpağın altından çıxarılan Etibar Cəfərova ilkin təcili yardım göstərilib. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır, E. Cəfərovun ölümünün səbəbləri dəqiqləşdirilir.
Bu xəbər oxucular tərəfindən 1548 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |