Şrift:
Dağıstandakı terroru İŞİD törədib
19.02.2018 [10:48] - Dərbənd
Dağıstanın Kizlər şəhərində törədilən hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Bununla bağlı “Reuters agentliyi” məlumat yayıb. Amma bununla belə faktı təsdiqləyən heç bir dəlil təqdim edilməyib.
Qeyd edək ki, Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramının qeyd olunduğu kilsədə 22 yaşlı Xəlil Xəlilov insanlara atəş açıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 4-ü yaralanıb. X.Xəlilov polis əməkdaşının açdığı cavab atəşi ilə öldürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 42428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed