04.03.2017 [11:21] - Gündəm, Siyasət, davam TV, Özəl xəbər
ATV telekanalında yayımlanan ATV səhər verilişinin aparıcısı Turan İbrahimov Milli Məclisin deputatı Arif Rəhimzadənin “biz türk deyilik” sözlərinə sərt cavab verib.
O, Arif Rəhimzadənin türk olmadığına diqqət çəkib. Aparıcı bildirib ki, deputat üzr istəməlidir:
“Milli Məclisin komitə sədri Arif Rəhimzadə Rusiyanın Kütləvi informasiya vasitələrindən birinə verdiyi müsahibədə elə bir ifadə işlətdi. Əslində ifadə etmək istədiyi ümumi kontekstdə fikri tam normal və doğrudan bizim dövlət və milli maraqlarımız üçün uyğun olan fikrilər olsa da, amma kökündən bir yanlış var idi. Məncə bu da daxildən gələn patoloji hisslərdən ortaya çıxan ifadələr idi. Yəni o, azərbaycanlılar türk deyil, bizi niyə türk hesab edib qınayırsız kimi ümumi ifadələr işlətmişdi. Təbii ki, bu hər kəs tərəfindən etirazlara səbəb oldu. Öncə başda Arif Rəhimzadə olmaqla o qəbildən olan insanların hamısı ümummilli Heydər Əliyevin ideyalarını, onun prinsiplərini tam anladıqlarını hər zaman bəyan edirlər. Bu istiqamətdə də xidmət göstərdiklərini bildirirlər. Həmçinin bu istiqamətdə xidmət edərkən Azərbaycançılıq ideyalarını təbliğ etdiklərini, bu ideyaları hər zaman özləri üçün əsas prinsip hesab etdiklərini bəyan edirlər.
Görünən odur ki, o cür məsul bir vəzifəni tutan bir şəxsin azərbaycançılıq ideyaları deyərkən milli liderin nə ifadə etmək istədiyini və ümumiyyətlə nəyi təbliğ etdiyini tam olaraq anlamayıb. Azərbaycanın üç rəngli bayrağı və müstəqillikdən sonra o üçrəngli bayrağın ilk dəfə Naxçıvanda milli lider tərəfindən yüksəldilməsi, bayrağın üstündəki o mavi zolağın mənasının nə demək olduğunu yəqin Arif Rəhimzadə unudub. Yəni biz hər baxımdan müxtəlif istiqamətlər üzrə dövlət siyasətimizi bir millət iki dövlət prinsipi ilə qururuq. Xüsusilə xarici əlaqələrdə. Komitə sədri bunu xüsusilə xatırlamalıdır. Bir millət iki dövlət anlayışı da xüsusi şərhə duymayan ifadədir. Ola bilsin ki, Arif Rəhimzadə türk deyil. Bu normaldır. Azərbaycanda çoxlu sayda azərbaycanlı hesab etdiyimiz, ümumiyyətlə azərbaycanlı adlanan şəxslər var ki, onlar hamısı bizim canımızdır. Biz bu şəkildə yaşayırıq. Xalqın adından danışmaq indiki vəziyyətdən çox böyük səhvdir.
Bu gün çox ciddi, həssas bir dövrdə azərbaycanlıların türk olmadığını demək hətta xəyanətə bərabərdir.
Mən bir jurnalist olaraq, televiziya işçisi olaraq birinin Rusiyada belə bir söz işlətməsini heç cür qəbul etmirəm və bütün ictimaiyyəti, hətta Milli Məclisin bütün cəzalandırma mexanizmlərini çağırıram ki, o şəxsi necəsə cəzalandırsın. Necə ki, Astan Şahvediyevi məcbur etdiniz xalqdan üzr istədi, Arif Rəhimzadə də üzr istəməlidir.
Bütün ziyalılar qınayırlar. Bəziləri də hətərəm-pətərəm danışır. O tərəfin də xoşuna gəlməyə çalışır, bu tərəfin də. Kişi olmaq lazımdır. Bu cür məsələlərə kökündən son qoymaq lazımdır”.

Bu xəbər oxucular tərəfindən 6977 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |