25.04.2016 [12:13] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanı rayonunda seçicilərlə daha bir məhəlli görüş keçirilib.
Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsindəki 01 saylı binanın sakinləri ilə keçirilən görüşdə əvvəlcə sakinlərlə Azərbaycanın işğal olunmuş torpaqlarında son vaxtlar Ermənistan ordusunun aktivləşərək törətdiyi təxribatlar və buna qarşılıq Azərbaycan Silahlı Qüvvələrinin verdiyi tutarlı cavabla bağlı söhbət aparılıb. Bununla bağlı sakinlərə qeyri rəsmi məlumatlar və şaiələrə inanmamaq, səhih məlumatları ancaq rəsmi xəbərlərdən almaqla bağlı tövsiyyələr edilib. Həmçinin sakinlər milli birlik, dövlətçilik naminə birlik nümayiş etdirmək, eləcə də təxribatçı, bölücü və separatizmi yayan cərəyanlara uymamaq və onlara qarşı mübarizə aparmağa çağırılıblar.
Daha sonra sakinlər dinlənilib və problemləri ilə maraqlanılıb. Binada və ətraf ərazilərdə olan infrastruktur problemlərə yerli baxış keçirilib və qeydə alınıb.
Sakinlər millət vəkilinin göstərdiyi qayğını qiymətləndirib və problemlərin həllinə ümid etdiklərini bildiriblər.
Qeyd edək ki, Fərəc Quliyevin təşəbbüsü ilə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə hər həftə bir məhəllədə seçicilərlə məhəlli görüş keçirilir. Sakinlərlə söhbətlər aparılır və ərazilərdə sakinlərin narazılığına səbəb olan problemlər qeydə alınaraq, ümumiləşdirilib həlli üçün müvafiq qurumlara təqdim edilir. Ötən həftə isə belə bir görüş Qaraçuxur qəsəbəsində millət vəkili və Suraxanı rayonu icra başçısının birgə iştirakı ilə keçirilmişdi.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1481 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |