Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda gündəlik tələbat məhsullarının qiymətləri artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > Gürcüstanda gündəlik tələbat məhsullarının qiymətləri artıb

Gürcüstanda gündəlik tələbat məhsullarının qiymətləri artıb


Gürcüstanda inflyasiyasının səviyyəsi artmaqda davam edir. Bu da müvafiq olaraq ölkədə gündəlik tələbat mallarının qiymətinin artmasına səbəb olub.

Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, aprel ayında illik inflyasiya 12,8 faiz, mar ayı ilə müqayisədə isə 1,8 faiz təşkil edib. Qida məhsulları və alkoqolsuz içkilərin qiyməti 21,3 faiz, su, elektrik enerjisi və təbii qazın qiymətləri 9,4 faiz artıb. Yalnız son bir ayda geyim əşyaları 4,9 faiz, nəqliyyat xərcləri 3,7 faiz, qida məhsulları və alkoqolsuz içkilərin qiyməti 3.3 faiz bahalaşıb. İl ərzində isə bahalaşma daha çox olub.

İllik müqayisədə tərəvəz və bostan məhsulları 42,6 faiz, çörək və çörək məmulatları 28,8 faiz, alkoqolsuz içkilər 24,1 faiz, günəbaxan yağı və piy yağları 20,8 faiz, qənd, mürəbbə və digər şirniyyat məhsulları 19,3 faiz, balıq məhsulları 18,9 faiz, süd, pendir, yumurta 18,0 faiz, kofe, çay, kakao 17,6 faiz, meyvələr isə 14,4 faiz bahalaşıb.

Ət və ət məhsullarının qiymətində isə 109 faiz artım qeydə alınıb.

Geri dön